16 sentyabr tarixində 3 saylı Uşaq İncəsənət Məktəbi "Bilik" gününü məktəbin qarşısında qeyd etdilər. Esmira müəllimin təşkilatçılığı ilə 1-cilər mahnı və şerlər ifa etdilər. Məktəbin direktoru müəllim, şagird və valideynləri təbrik edib. Keçən tədris ilində qazanılmış uğurları, 5-ci sinif şagirdi Nəsrullayev İbrahimin ABŞ-da keçirilən Beynəlxalq müsabiqənin laureatı olmasını, 8 şagirdimizin Respublika müsabiqələrində uğur qazanmalarını və 21 şagirdimizin ali və orta ixtisas qəbul olunmalarını tədbir iştirakçılarının diqqətinə çatdırdı.
2013/09/16
2013/09/03
XVII -ci Ümumdünya Musiqi Olimpiadasi «WORLDSTARS» Hollywood 2013.
11-21 / 07.2013- cü ildə ABS-ın Los-Anceles şəhəri Hollivudda "«WORLDSTARS» "adlanan 17-ci ümumdünya musiqi olimpiadası keçirilmisdir.
Məktəbimizin vokal şöbəsinin şagirdi Ibrahim Nəsrullayev bu olimpiadada çıxış etmisdir. 4 nominasiya üzrə çıxış edən Ibrahim 3 gümuş və 1 bürünc medala layiq görülmüşdür. 3 naminasiya üzrə ikinci yer, 1 naminasiya üzrə isə üçüncü yerə layiq görülmüsdür. Cox tanınmış musiqiçilərin və dünya səhnəsində öz sözlerini demiş prodyuserlərin ustad dərslərini və tövsiyyələrini almışdır. Ibrahim məşhur "Words and musik" şirkətinin prezidenti Shele Sondheim tərəfindən xüsusi olaraq iş və yaradıcılıq təklifi almışdır. Respublikamızı yüksək səviyyədə təmsil edən Ibrahimə növbəti yaışmalara yenidən qatılmaq təklifləri edilmişdir. Səfərdə Ibrahimə məktebimizin f-no şöbəsinin müəlliməsi Gültəkin Məmmədova və Ibrahimin valideyinləri dəstək olmuşdular. Nəsrullayev İbrahimi müəllim və şagird kollektivi adından ürəkdən təbrik edirik. Bu çətin və şərəfli səfərdə İbrahimi müşayət etmiş Məmmədova Gültəkin müəlliməyə tükənməz təşəkkürümüzü bildiririk.
Подписаться на:
Сообщения (Atom)
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.
Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...
-
Məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində yaradılmış 12 musiqi məktəbindən biri kimi yaradılıb. 12 məktəbə ümumi bir direk...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 may tarixində Ümumi fənlər üzrə şöbə " 1 iyun Uşaqların ...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 23 may tarixində nəzəriyyə müəllimləri Hüseynova Ülkər və Talıbov...