Dekabr ayının 28-də 3 saylı Uşaq İncəsənət Məktəbində Konsertdə məktəbin əlaçı şagirdləri rəngarəng musigi nömrələrilə çıxış etdilər. Məktəbin direktoru Dəyanət müəllim ilin ən fəal müəllimi kimi Vəliyeva Esmira və Salamova Təranəyə Fəxri fərmanla təltif etdi. Maddi cəhətdən çətinlikləri olan 20 şagirdə Yeni il şənliyinə bilet təqdim etdi.
2013/12/28
"Tərəqqi" medalı ilə mükafatlandırılmış kamança müəllimi Təranə Babayevanın açıq dərsi keçirildı.
Dekabr ayının 20-də musiqi və incəsənət məktəblərinin direktorlar şurasının tədbiri olaraq 3 nömrəli Uşaq İncəsənət Məktəbində dəfələrlə müsabiqələrdə uğur qazanmış şagirdlər yetişdirən, "tərəqqi" medalı ilə mükafatlandırılmış kamança müəllimi Təranə Babayevanın açıq dərsi keçirildı. Bakı musiqi məktəblərinin kamança müəllimlərinin iştirakı ilə bu dərsdə Təranə Babayevanın yeni fikir və tapıntıların maraqlı müzakirəsi keçirildi. Tədbirdə direktorlar şurasının üzvləri Səadət xanım Eminova,. Eldar Bağırov, Dəyanət Quliyev, 10 nömrəli UMM-nin direktoru Qafar Nuriyev də iştirak edirdi.
Xalq artisti, tarzən Zamiq Əliyevlə görüş keçirildi.
17 dekabr tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində Xalq artisti, tarzən Zamiq Əliyevlə görüş keçirildi. Görüşdə Zamiq Əliyevlə aparılan müsahibə onun yaradıcılığı qastrol səfərləri, pedaqoji fəaliyyətini əhatə etdi. Məktəbin şagirdləri konsert proqramı ilə çıxış etdilər. Xanəndə sinifinin şagirdləri Zamiq Əliyevin müəllifi olduğu mahnıları ifa etdilər.
Подписаться на:
Сообщения (Atom)
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.
Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...
-
Məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində yaradılmış 12 musiqi məktəbindən biri kimi yaradılıb. 12 məktəbə ümumi bir direk...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 may tarixində Ümumi fənlər üzrə şöbə " 1 iyun Uşaqların ...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 23 may tarixində nəzəriyyə müəllimləri Hüseynova Ülkər və Talıbov...