2018/03/08
6 mart tarixində "8 Mart Beynəlxalq qadınlar günü" ilə əlaqədar tədbir keçirildi.
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 6 mart tarixində "8 Mart Beynəlxalq qadınlar günü" ilə əlaqədar tədbir keçirildi.
Nəzəriyyə müəllimi L. Süleymanova birinci sinif şagirdlərinin iştirakı ilə səhnəciklər nümayiş etdirdikdən sonra bütün ixtisaslar üzrə birincilərin solo çıxışları oldu.
Bu konsertin nənə və analara bayram günündə ən böyük hədiyyə olduğu da valideynlər tərəfindən qeyd edildi.
Bu konsertin nənə və analara bayram günündə ən böyük hədiyyə olduğu da valideynlər tərəfindən qeyd edildi.
2018/03/05
"8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirildi.
Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 5 mart tarixində "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Opera va Balet teatrının solisti M. Dəmirov solo ifaları ilə məktəbin xanımlarını təbrik etdi.
Əməkdaşlıq etdiyimiz Qobustan şəhər Təklə kənd musiqi məktəbinin direktoru və müəllim heyəti təcrübə məqsədi ilə məktəbimizə gəlməklərinə baxmayaraq, onlar da keçirilən tədbirdə iştirak etdilər.
Məktəbin direktoru Gülağa Cəbrayılov öz şer töhvələri ilə tədbirə rəng qatdı. Sonda xatirə şəkilləri çəkildi
"Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" adlı tədbir keçirilmişdir
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 3 mart tarixində "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Azərbaycan və İran mədəniyyət nümunəsi kimi daxil edilməsilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Bakı Musiqi və incəsənət məktəblərinin kamança müəllimləri iştirak etmişlər. Tədbirdə kamança müəllimləri "Tərəqqi medallı" Təranə Babayeva, Züleyxa İsmayılovanın şagirdləri musiqi nömrələri ilə çıxış etdilər və bu çıxışlar ətrafında çox maraqlı diskussiya aparıldı.
Əminliklə deyə bilərik ki, kamança müəllimləri bu tədbirdən bəhrələnib, təcrübələrini bir az da artırmış oldular. Tədbirdə qonaq kimi Milli Konservatoriyanın dosenti, Əməkdar artist Elşən Mansurov iştirak edirdi.
Подписаться на:
Сообщения (Atom)
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.
Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...
-
Məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində yaradılmış 12 musiqi məktəbindən biri kimi yaradılıb. 12 məktəbə ümumi bir direk...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 may tarixində Ümumi fənlər üzrə şöbə " 1 iyun Uşaqların ...
-
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 23 may tarixində nəzəriyyə müəllimləri Hüseynova Ülkər və Talıbov...