Məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində
yaradılmış 12 musiqi məktəbindən biri
kimi yaradılıb. 12 məktəbə ümumi bir direktor və bir mühasib olduğu halda hər məktəbə
ayrı-ayrılıqda tədris işləri üzrə direktor müavini rəhbərlik edirdi. Suraxanı
rayonunda yaradılmiş bu məktəbə 1935-1955-ci illərdə Kolesnik Taisiya
Nikolayevna rəhbərlik edirdi. Həmin dövrdə xalq çalgiı alətləri üzrə
Abdullayev, simli alətlər üzrə Leontyev, fortepiano ixtisasi üzrə Boris Maqner, İda Malat, Roza
Feld, nəzəriyyə dərslərini isə İbrahimov Məmməd və Nəsirbəyov M. tədris edirdilər.
1940-cı ildən digər 12 məktəb kimi bu məktəb də müstəqil
olub 5 saylı Uşaq musiqi məktəbi
adlanib. 1955-1972-ci illər Hacıyev Zülfüqar , 1972-1979-cu illərdə Nazim Qurbanlı, 1979-1985- ci illərdə Cəfərov Turan,
1985-1986-cı iillərdə Hacıyev Zöhrab, 1986-2006-cı illərdə Məmmədova Cəmilə Hacı
qızı və 2006-cı ildən məktəbə Dəyanət Quliyev rəhbərlik edir.
1988-ci ildə
Mədəniyyət nazirliyi tərəfindən verilən 22.06.1988 tarixli 240 №-li əmrə əsasən 3 №-li UİM adlandırılıb.
2006/2007- ci ildə 15 şagird, 2007/2008-ci ildə 7 şagird, 2008/2009-cu ildə 26 şagird,
2009/2010-cu ildə 24 şagird, 2010/2011-ci ildə 19 şagird, 2011/2012-ci ildə 18 şagird 2012/2013-cü 25 şagird təhsillərini davam etmişlər. Hal hazırda məktəbimizdə
çalişan 64 müəllim öz məzunlarımızdır. 2 məzunumuz Resp.Xalq artisti Ağaxan
Adullayev, Ağasəlim Abdullayev, 1 məzun Əməkdar Incəsənət Xadimi Məmmədağa Umudov, 1 məzun Əməkdar
rəssam Qəyyur Yunus, 1 məzun Əməkdar Mədəniyyət
İşçisi Elçin Abbasov, 1 məzun Zaqafqaziya müsabiqəsi laureatı Mehti Axundov, 1 məzun Sənətşunaslıq üzrə Elmlər namizədi Tamilla Bağırovadır. Fəxri ad almış, vokal ixtisası üzrə müəllim Resp. Əməkdar
artisti Ziya Bağırov gorkəmli işçilərimizdən
biridir