Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 3 mart tarixində "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına Azərbaycan və İran mədəniyyət nümunəsi kimi daxil edilməsilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Bakı Musiqi və incəsənət məktəblərinin kamança müəllimləri iştirak etmişlər. Tədbirdə kamança müəllimləri "Tərəqqi medallı" Təranə Babayeva, Züleyxa İsmayılovanın şagirdləri musiqi nömrələri ilə çıxış etdilər və bu çıxışlar ətrafında çox maraqlı diskussiya aparıldı.
Əminliklə deyə bilərik ki, kamança müəllimləri bu tədbirdən bəhrələnib, təcrübələrini bir az da artırmış oldular. Tədbirdə qonaq kimi Milli Konservatoriyanın dosenti, Əməkdar artist Elşən Mansurov iştirak edirdi.
Комментариев нет:
Отправить комментарий