2012/05/29

Təklə kənd musiqi məktəbinə səfər edildi.

Aprel ayının 14- də Mədəniyyət və Turizm kollagiya qərarına uyğun olaraq, keçen ildən himayəmizə götürdüyümüz Qobustan rayonu Təklə kənd musiqi məktəbinə, məktəbimizin qabaqcıl müəllimləri və şöbə müdirləri ilə səfər edildi. Orada şöbə müdirləri sənədlərin düzgün tərtibatları barədə öz tövsiyyələrini verdilər. Məktəbimizin müəllim heyyəti aciq dərslər göstərdilər.

2012/05/25

Şamaxıya ekskursiya.


24 iyun 2011-ci il "Gənc Turist" klubunun koordinatoru Səbinə İsmayılzadənin təşkilatçılığı ilə məktəbin müəllimləri Şamaxı rayonu Pirqulu qəsəbəsinə ekskursiyası olundu. Əvvəlcə  S.Ə.Şirvani və M.Ə. Sabirin  məzarları ziyarət edildi, daha sonra N. Tusi adına Şamaxı Astrofizika  rəsədxanasına  gedildi. Ekskursiya çox marağlı keçdi.




"Dilbərim" rəqs ansamblı.


Məktəbimizdə Dilbər Abdullayevanin rəhbərliyi ilə «Dilbərim» rəqs ansamblı da fəaliyyət göstərir. Bu kollektivin də ölkədaxili və xarici ölkələrdə böyük uğurları, müsabiqə və festivallardaki nailiyyətləri bizləri həmişə sevindirir.

Qobustan rayonu Təklə kənd musiqi məktəbi ilə birgə konsert keçirildi.


Mayın 2-də məktəbimizin himayəsinə götürdüyü Qobustan rayonu Təklə musiqi  məktəbi,  bizim məktəbə  səfər edərək, birgə  konsertimiz təqdim olundu. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş bu konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri səslənmişdir.Təklə kənd musiqi məktəbinin direktoru Gülağa müəllim onlara bu cür şərait yaratdığı üçün 3 saylı Uşaq Incəsənət məktəbinin direktoru Dəyanət müəllimə öz təşəkkürünü bildirib.Sonda məktəb direktorları biri-birinə xatirə hədiyyələri təqdim etdilər.



2012/05/24

Rəssamlıq şöbəsinin keçirtdiyi sərgiləri.

2008-2009-cu ildə S. Bəhlulzadə adına sərgi salonunda "28 may Respublika günü" ilə əlaqədar sərgi.

2009-2010-cu ildə Müasir İncəsənət Mərkəzində " Mən Azərbaycanlıyam" başlığı ilə sərgi.

2011-2012-ci  Bkı Xətai Sənəd Mərkəzində, Bakı Şəhər Uşaq İncəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət "Xocalısız 20 il" adlı rəsm sərgisi.

8 may 2012 ci il Heydər Əliyev Mərkəzinə ziyarətimiz oldu.




May ayının 8-i  2011-2012- ci ilin yekunlarına görə məktəbimizin əlaçı şagirdləri və qabaqcil müəllimlərimiz Suraxanı rayonu Heydər Əliyev Mərkəzinə ziyarət etmişdilər. İlk əvvəl Heydər Əliyevin abidəsi ziyarət edilərək  güllər qoyulmuşdur. Daha sonra isə mərkəzlə tanışlıq həyata keçirilmişdir

Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi baxımından böyük əhəmiyyətli olan mərkəzdə, onun həyatının və çoxşaxəli dövlətçilik fəalıyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponat nümayiş etdirilir.

2012/05/16

Rəssamlıq şöbəsi.

Quliyeva Təranə IV sinif
Abşeron üzümü
yaglı boya
60x80

Not bayramı.



Aprel ayının 21- də nəzəriyyə şöbəsinin müəllimələri Zairova Bəsti və Qafarova Məlahətin təşkili ilə I- ci sinif şagirdlərinin not bayramı keçirilmişdir. Not bayramında nəzəriyyə şöbəsi ilə birlikdə incəsənət şöbəsinin şagirdlərinin əl işləri də nümayiş etdirilmişdir. Başqa şöbələrdən də  musiqi nömrələri  ifa olunmuşdur.


2012/05/13

2012/05/10

Qəbul üçün tələb olunan sənədlər.

1.Direktorun adına ərizə
2.Doğum haqqında şəhadətnamənin sürəti
3.Uşağın sağlamlığına dair tibbi arayış
4.Yaşayış yerindən arayış
5.3х4 ölçüdə 1 ədəd foto

2012/05/01

Tədris olunan ixtisaslar


Fortepiano, Skripka, Tar, Kamança, Qarmon, Nağara, Kanon, Balaban, Xanəndə, Vokal, Klarnet, Truba, Trambon, Valtorna, Rəsm, Xoreoqrafiya.


"Şənlik" rəqs ansamblı.

3 №-li Uşaq İncəsənət məktəbinin «Şənlik» rəqs ansamblı 18 ildir ki, fəaliyyət göstərir. 1993-cü ildən Lalə İbrahimovanın rəhbərliyi ilə bu kollektiv üç rəngli bayrağımızı beynəlxalq toplantılarda dalğalandırmaqla yanaşı respublika tədbirlərində də uğurla çıxış etmişdilər. Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, Baki şəhər İcra Hakimiyyəti, Dövlət Neft Şirkəti və Suraxanı rayon İcra hakimiyyəti «Şənlik» kollektivini dəfələrlə Fəxri fərman və hədiyyələrlə mükafatlandırmışdır.

Respublika və beynəlxalq müsabiqə nailiyətləri

2006/2007
  • Bakı-İnfo «Mənim şəhərim» sərgi    Feyzullayeva Aytəkin--diplom
  • Simli alətlər üzrə respublika  müsabiqəsi  Abubəkirova Renata-diplom
  • Q. Qarayevadına IV-cü Gənc pianoçuların müsabiqəsi: Cəfərli Nilüfər–III-cu dərəcəli diplom, fəxri fərman, Həsənova  Roza – IV-cü dərəcəli diplom, fəxri fərman, Qarayusifli Fərhad II-ci  dərəcəli diplom.
  • «Dünya uşaqların gözü ilə»  Sankt-Peterburq: Məbudlu Türkan – diplom
  • Polşada rəsm sərgisi: Feyzullayeva Aytəkin – diplom.

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...