Noyabrın 19-da 3 saylı Uşaq İncəsənət məktəbində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə xalq artisti Mirzə Babayevin 100 illik yubileyinə həsr olunmuş "Kimlər gəldi, kimlər getdi" adlı tədbir keçirildi. Tədbirdə Mirzə Babayev haqqında çəkilmiş film nümayiş olundu. Müğənninin ifasında lent yazısı səsləndi. Məktəbin nəzəriyyə müəllimi Salamova Təranə unudulmaz sənətkarın həyat və yaradıcılığından danışdı. Xanəndə və vokal ixtisasları üzrə təhsil alan şagirdlər ustadın repertuarından mahnılar ifa etdilər. Rəsm sinifinin şagirdləri isə bu mahnılara çəkilmiş rəsmlərini nümayiş etdirdilər. 28 saylı Uşaq musiqi məktəbinin müəllimi Novruz Rzayevin ifasında da səslənən mahnıları həmin məktəbin müəllimi Emin Rəhimov müşayət edirdi. Tədbirdə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Mehriban xanım Qurbanova, 30 saylı UMM-nin direktoru Eldar Bağırov, 28 saylı UMM-nin dırektoru Mehman Əzimov və Suraxanı rayonu MKS-in müdiri Quliyeva Laura iştirak ediblər.
Подписаться на:
Сообщения (Atom)
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.
Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...
-
Məktəbimizdə Dilbər Abdullayevanin rəhbərliyi ilə «Dilbərim» rəqs ansamblı da fəaliyyət göstərir. Bu kollektivin də ölkədaxili və xarici...
-
3 №-li Uşaq İncəsənət məktəbinin «Şənlik» rəqs ansamblı 18 ildir ki, fəaliyyət göstərir. 1993-cü ildən Lalə İbrahimovanın rəhbərliyi ilə bu...
-
Yeni tədris ilinin başlaması münasibəti ilə 14 sentyabr, şənbə günü məktəbimizdə iməclik keçirildi. İməclikdə məktəbin müəllim heyeti işti...