07 fevral tarixində məktəbimizdə Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr olunmuş konsert keçirildi. Konsertdə məktəbin direktoru Dəyanət müəllim tərəfindən dəvət edilmiş Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Qarayusifli Yaşar özünün Prezident təqaüdçüləri olan tələbələrilə iştirak etdi. Konsertdə Rəsulov Sabir, Tağıyev Tural, Rəsulov İsrafil, Novruzbəyli Səddamın təkrarolunmaz ifalarını sənətşunaslıq üzrə elmlər namizədi Əliyeva Lalə xanım müşayət etdi. Məktəbimizin nəzəriyyə müəllimi Salamova Təranə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki Zərifə xanım Əliyevanın həyatı, tibbi və elmi yaradıcılığı haqqında tamaşaçılara ətraflı məlumat verdı. Konsertə qonaq kimi "Zorakılıq və cinayətin qurbanı olan uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi"ndən də uşaq və müəllimlər dəvət olunmuşdular.
Подписаться на:
Комментарии к сообщению (Atom)
18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.
Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...
-
Məktəb 1935-ci ildə Musiqi cəmiyyətinin nəzdində yaradılmış 12 musiqi məktəbindən biri kimi yaradılıb. 12 məktəbə ümumi bir direk...
-
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 5 oktyabr 2018-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Müəll...
-
Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 19 may tarixində Dünya şöhrətli bəstəkar , Əməkdar İncəsənət X...
Комментариев нет:
Отправить комментарий