Aprelin 7-də 3 saylı Uşaq İncəsənət Məktəbində Azərbaycan Ordusuna
dəstək naminə tədbir keçirildi.
Tədbir, Vətən uğrunda şəhid olanların
ruhunu 1dəqiqəlik sükutla yad
etməklə başlandı. Məktəbin müəllimi və YAP ilk təşkilat sədri Ağayeva
Cəmilə məlum hadisələr haqqında geniş çıxış etdi.
Ermənilərin
Azərbaycana qarşı əsrlərlə, illərlə davam edən haqsız torpaq
iddiasından danışdı. Müəllimlərdən Kazımov V., Hüseynova R. bu mövzuda öz
fikirlərini bildirdilər.
Sonda rəsm şöbəsi şagirdlərinin Azərbaycan
Ordusuna həsr etdiyi şəkillərdən ibarət sərgiyə baxış keçirildi.
Комментариев нет:
Отправить комментарий