Mart ayının 8-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbi Bülbülə Mədəniyyət evi ilə birgə "Yel" çərşənbəsini geniş konsert proqramı ilə qeyd etdilər.
Konsert uşaqlar üçün tikilmiş idman oyunları stadionunda keçirildi.
Xor
kollektivi, skripkaçalanlar, qarmonçalanlar. nağaraçalanlar və xalq
çalğı alətləri ansamblları, "Şənlik", "Dilbərim" və "Cəsurlar" rəqs
kollektivləri öz çıxışları ilə tamaşaçılarda o qədər maraq oyatdı ki,
qəsəbə sakinləri məktəb və
Mədəniyyət evi rəhbərliyindən açıq havada bu
kimi konsertlərin tez-tez təşkil edilməsini xahiş etdilər.
Комментариев нет:
Отправить комментарий