10 may 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində
Ümummilli Liderimiz H. Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr
olunmuş növbəti tədbir keçirildi.
Tədbirdə nəzəriyyə müəllimi Təranə
Salamova Ulu Öndər H.Əliyevin Azərbaycanın iqtisadi ictimai mədəni və
sosial inkişafındakı tarixi əhəmiyyəti haqda ətraflı danışdı.
Məruzəçi çıxışında bildirdi ki, Ümummilli Lider H.Əliyev uzun illəri
əhatə edən rəhbərliyi dövründə mədəniyyət sahəsində çalışan yaradıcı
adamlara qayğı və məhəbbət nümayiş etdirmiş, onların yaradıcılığı ilə
maraqlanmışdır.
İstedadlı uşaqlara dövlət himayəsi nümunəsini də öz
əməli işi ilə sübuta yetirmişdir."Azərbaycanda gənc istedadlara dövlət
qayğısı haqqında" Prezident fərmanı, həmin fərmana uyğun olaraq
Azərbaycanda gənc istedadların "Qızıl Kitabı"nın yaradılması,
Prezidentin xüsusi təqaüdünün təsis edilməsi və bu gündə bu ənənənin
davamı təhsilimizin sabahına verilən qiyməti ən bariz nümunəsidir.
Məruzədən sonra məktəbin xalq çalğı alətləri şöbəsi Ulu Öndərin doğum
gününün 93-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış
etdilər.
Комментариев нет:
Отправить комментарий