2017/07/26

14 oktyabr 2016-cı il tarixində Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

14 oktyabr 2016-cı il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin  təşkilatçılığı ilə tabeliyində olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində xalçaçı rəssam Lətif Kərimovun  anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirdən əvvəl rəssamlıq şöbəsinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisinə nümayiş keçirildi. Daha sonra tədbirin açılışı oldu.
 Tədbirin aparıcısı T.Salamova L. Kərimovun həyat və yaradıcılığı haqqında  geniş məlumat verdi. O qeyd etdi ki, L. Kərimov kitab qrafikasının gözəl nümunələrini yaratmış, zərgərlik əsərlərinin yaradılmasında, parça ornamentikasının işlənməsində, çini qabların tərtibatında, memarlıq ansambıllarının dekorativ tərtibatında da  mühüm rol  oynamışdır.
 
 O, savadlı bir şəxs olaraq,  həm də şair və musiqiçi, miniatür ustası və xəttat, tayı bərabəri olmayan xalça eskizləri yaratmış bir rəssam olmuşdur.
Tədbirin qonaqları xalçaçı rəssam Eldar Mikailzadə və rəssam Arif Hüseynov idi. Onlar da L. Kərimovla bağlı xoş xatirələrini tamaşaçılarla bölüşdülər.
 
Bütün tədbir boyu  ekranda L .Kərimovun həyat  və yaradıcılığını əks etdirən görüntülər nümayiş olundu. Tədbir həmçinin televiziya kanalı tərəfindən işıqlandırıldı.
 

 

































 

Комментариев нет:

Отправить комментарий

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...