Azərbaycan məktəblərində 2004-ci ilə qədər bilik günü 1 sentyabr
tarixinə təsadüf edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın
bütün təhsil müəssisələrində dərslərin 15 sentyabr tarixinə keçməsilə
əlaqədar Bilik günü də bu tarixə keçirildi.
Bununla əlaqədar 3
nömrəli Uşaq İncəsənət Məktəbində də sentyabr ayının 15-də Bilik günü
qeyd edildi. Tədbirdə Dövlət himninin səslənməsindən sonra məktəb
direktorun çıxış etdi. Məktəbin "Cəsurlar" rəqs kollektivinin çıxışı
maraqla qarşılandı. Xanəndə sinifinə yeni qəbul olunmuş şagirdlər də
şeyir və mahnılarla çıxış etdilər.
Комментариев нет:
Отправить комментарий