Bakı
şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3
nömrəli Uşaq İncəsənət Məktəbində 12 dekabr 2016-cı il tarixində
Ümummilli liderimiz, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin
anım günü keçirildi.
Anım mərasimi ilk olaraq ulu öndərin əziz xatirəsi
dərin hörmət və ehtiramla bir dəqiqəlik sükutla yad edilərək
başlandı.
Nəzəriyyə şöbəsinin müəllimi T. Salamova Azərbaycan xalqının
yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət H.Əliyevin həyat və
fəaliyyəti,onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə
çıxış etdi.
O qeyd etdi ki, Müstəqil Azərbaycanın qurucusu H. Əliyev
şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan,
dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış. qədim bir xalqın
simvolu səviyyəsinə yüksəlmişdir.
Tədbir boyu H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmdən parçalar nümayiş etdirildi.
Комментариев нет:
Отправить комментарий