Bakı
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət
məktəbində 29 aprel 2017-ci il tarixində Avstriya bəstəkarı Frans
Piter Şubertin 220 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirin açılışını nəzəriyyə müəllimi S.Qasımzadə edərək , dahi
bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.
O qeyd
etdi ki, F.P.Şubert Vyana musiqi məktəbinin ən görkəmli
nümayəndələrindən və musiqidə romantizmin banilərindən biri hesab
edilir.
Bəstəkar 600 yaxın mahnı, 8 simfoniya, məşhur "Tamamlanmamış
simfoniya", opera, çox sayda kamera və solo piano əsərlərinin
müəllifidir.
F.List Şuberti "Bütün dövrlərin ən poetik musiqiçisi"
adlandırılmışdır. Tədbir boyunca bəstəkarın həyat və yaradıcılığına
aid filmdən parçalar nümayiş olundu.
Sonda fortepiano və orkestr
alətləri şöbələrinin şagirdləri dahi bəstəkarın yaradıcılığından
olan musiqi nömrələrini səsləndirdi.
Комментариев нет:
Отправить комментарий