Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 19 dekabr tarixində operamızın ilk qadın sənətkarlarından olan, opera səhnəmizdə biri-birindən gözəl obrazlar yaradan, bənzərsiz səsilə milyonların qəlbini fəth edən, bu günlərdə 120 illiyi qeyd olunan Şövkət Məmmədovaya həsr edilmiş tədbir keçirildi.
Xor müəllimi S. Səlimova ilk professional qadın opera ifaçısı haqqında ətraflı məlumat verməklə yanaşı Şövkət xanım haqqında çəkilmiş sənədli filmi də nümayiş etdirdi.
Məktəbimizin vokal ixtisası üzrə şagirdləri də A. Vivaldi, Hendel və Qlinkanın əsərlərini ifa etdilər.
Комментариев нет:
Отправить комментарий