Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət
Məktəbində istedadlı tarzən, Respublikanın Əməkdar artisti ,beynəlxalq
müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının dosenti,
F. Əmirov adına Xalq Çalğı alətləri orkestrinin konsertmeysteri,
beynəlxalq muğam müsabiqəsini müşayət edən xalq çalğı alətləri
ansamblının rəhbəri, prezident təqaüdçüsü Sahib Paşazadə ilə görüş
keçirildi.
İlk öncə məktəbin II sinif şagirdi Bahar Rəhimova
bəstəkar Hacıbaba Həsənovun "Tar çalan oğlan" mahnısını ifa
etdi.Tədbirin aparıcısı nəzəriyyə müəllimi T. Salamovanın maraqlı
suallarına Sahib müəllimin ətraflı cavabları, özünün ifasında çalınan
əsərlər və muğamlar məktəbin müəllim və şagird kollektivi tərəfindən
gur alqışlarla qarşılandı.
Sonda xatirə hədiyyələri verildi.
Комментариев нет:
Отправить комментарий