Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin 3 nömrəli Uşaq İncəsənət
Məktəbində 28 noyabr 2017-ci il tarixində Azərbaycan estrada
musiqisinin yaradıcılarından biri , dahi bəstəkar T. Quliyevin 100 illik
yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirin aparıcısı nəzəriyyə
şöbəsinin müəllimi Ü.Hüseynova bəstəkarın məhşur əsəri "Bakı haqqında
mahnı"nın müşayətilə T. Quliyevin Azərbaycan musiqisində özünəməxsus
iz qoymuş ömür səhifəsindən söz açdı. O qeyd etdi ki, sənətdə ənənə
yaratmaq hər sənətkara nəsib olmur. Bunun üçün təkcə fitri istedad
azdır, gərək həm də yaşadığın dövrün ruhunu, tələbini duymaq bacarığına
malik olasan.
T. Quliyev milli mahnı üslubunun səciyyəvi
xüsusiyyətlərini müəyyənləşdirmiş, bu janrda yeni bir mənsəb
yaratmişdır. Bu səbəbdən də onun ruhunun, daxili aləminin əks -sədası
olan mahnıları əbədilik qazanmışdır.
Tədbirdə bəstəkarın sevimli
mahnılarından "Əziz dost", "İlk bahar", "Məzəli mahnı" kimi əsərləri
məktəbin şagirdləri tərəfindən ifa olundu. T. Quliyev həm də bir çox
kinofilmlərə musiqilər bəstələmişdir.
Tədbir boyu həmin filmlərdən
musiqili fraqmentlər göstərildi və şagirdlərin ifasında
səsləndi."Görüş", "Ögey ana", "Bəxtiyar" kinofilmlərindən səhnələr
nümayiş olundu. Fortepiano şöbəsinin şagirdləri "Cəmilənin albomu"
məcmuəsindən pyeslər ifa etdilər.
Tədbirin sonunda Ümummilli liderimiz
Heydər Əliyevin dahi bəstəkar haqqında söylədiyi xoş sözlər, yubiley
konsertindən çıxışı göstərildi.
Комментариев нет:
Отправить комментарий