Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 fevral tarixində "Xocalı faciəsi"nin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir rəsm şöbəsi şagirdlərinin bu qanlı faciəyə həsr etdikləri şəkillərdən ibarət sərginin açılışı ilə başladı. Faciə qurbanları 1 dəqiqəlik sükutla yad edildi.
Tədris işləri üzrə direktor müavini Elvina Əhmədova tarixə silinməz gün kimi düşən, qan yaddaşımız olan "Xocalı faciəsi" haqqında çıxış etdi. O qeyd etdi ki, Xocalı soyqırımı bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
Daha sonra əsrin faciəsi olan Xocalı soyqırımına həsr olunmuş film nümayiş olundu.
Комментариев нет:
Отправить комментарий