2018/05/30

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş konsert keçirilmişdi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 may tarixində  Ümumi fənlər üzrə şöbə " 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş konsert keçirilmişdi.

Konsertin aparıcıları qeyd etdilər ki, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycan  Respublikasında  da bütünliklə  insan haqlarının qorunmasına xüsusi önəm verilir  və  uşaqların müdafiəsinə  qoşulmaq hamılıqla  hər kəsin  borcudur.

Sonra söz iştirakçılara verildi. Şagirdlər rəngarəng proqramla çıxış etdilər. Konsertdə  T.Quliyevin " Görüş"  kinofilminə bəstələdiyi  "Vals", A. Rzayevin "Düşüncə", S. Ələsgərovun "Rahatsızlıq "kimi əsərləri  ifa olundu.

Tədbirə  "Dilbərim" rəqs  qrupu  özbək rəqsi ilə rəng  qatdı.  Daha sonra Ulu Öndər H. Əliyevin körpələrə təbrik video lentinə baxıldı.

Son olaraq məktəbin direktoru   uşaqları  bu gözəl bayram münasibətilə təbrik etdi.













Комментариев нет:

Отправить комментарий

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...