Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 23 may tarixində nəzəriyyə müəllimləri Hüseynova Ülkər və Talıbova Könülün təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin məktəbdaxili olimpiadası keçirildi.
Azərbaycan musiqi ədəbiyyatı,ümumi musiqi ədəbiyyatı, Azərbaycan xalq yaradıcılığı, nəzəri və praktiki , intelektual suallardan və musiqi nömrələrindən təşkil olunmuş 180 sual dörd komanda arasında cavablanaraq üç mərhələ üzrə oynanildı.
Birinci mərhələdə "Muğam" və"Caz" komandaları, ikinci mərhələdə "Klassika" və "Romantika" komandaları yarışdı. Üçüncü mərhələdə qalib çixmış "Muğam" və "Romantika" komandalarının yenidən yarışmaları "Romantika" komandasının qələbəsilə başa çatdı.
Mərhələlər arası fasilələrdə xanəndə sinifinin şagirdi Bədəlov Rəvan Zakir Bağırovun M. Ə. Sabirin sözlərinə bəstələdiyi "Oxutmuram əl çəkin" mahnısını, fortepiano sinifinin .şagirdi Vəliyeva Fatimə isə S. Prokofyevin Prelüd əsərini ifa etdi.
Ümumiyyətlə məktəbdaxili müsabiqə və olimpiadalar tək şagirdlərin bilik səviyyələrini yoxlamaq üçün deyil, məqsəd təhsilə marağın artırılması,daha istedadlı şagirdlərin aşkar edilməsi və ümumi pedaqoji əhval-ruhiyyənin daha da yüksəldilməsidir.
Комментариев нет:
Отправить комментарий