Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbi "Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunda 15 may tarixində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "Mənim Vətənim Qürur Mənbəyimdir" adlı şagirdlərin əl işlərindən ibarət sərgi və konsert keçirildi.
Sərgidə müxtəlif üsullarla işlənmiş rəsmlər buraxılış sinif şagirdlərinin imtahan işləri nümayiş etdirildi. Sərgini nəzəriyyə müəllimi T.Salamova Şərqdə yaranmış ilk demokratik respublika haqqında məlumatla açmış,
Suraxanı rayon İcra aparatının siyasi ictimai və humanitar işlər şöbəsinin müdiri Barxudar Barxudarov, Qoruğun direktoru Rəşid Babai çıxış etdilər.
Tədbirdə Rəssamlar İttifaqının üzvü Seyran Kamilov da iştirak edirdi. Məktəbin nəfəsli alətlər orkestri xorla birlikdə C.Verdinin "Aida" operasından marş , "Dilbərim" rəqs kollektivin qızları "Qaytağı" rəqsini, nağaraçalanlar ansamblı "Azərbaycan ritmləri"ni ifa etdilər. "Nur" skripkaçalanlar ansamblı isə sərginin nümayişi müddətində rəngarəng əsərlər ifa etmişlər.
Комментариев нет:
Отправить комментарий