Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad Azərbaycan" adlı sərgi keçirildi.
Sərginin açılışında tədris işləri üzrə direktor müavini Elvina Əhmədova çıxış edərək 1991-ci ilin oktyabrın 18-də Ali Sovetin sessiyasında Müstəqilliyimiz haqqında tarixi sənədin qədul edilməsindən, 1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycanin Müstəqilliyini əbədi və dönməz etməsindən danişdı.
Sonra sərgi iştirakçıları məktəb şagirdlərinin sərgilədikləri rəsm əsərlərini seyr etdilər