2017/07/26

7.11.2016 tarixində Məmmədov Turan "Bayraq günü" ilə əlaqədar sinif konsertini keçirmişdi.

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  saz müəllimi Məmmədov Turan  "Bayraq günü"  ilə əlaqədar sinif konsertini keçirdi.
 
5 il öncə yaradılmış saz sinifi şagirdləri demək olar ki məktəb müəllimlərinə və  valideynlərə  öz hesabatlarını nümayiş etdirdilər.  
Konsertdə həm də aparıcılıq edən   Turan müəllim "Bayraq günü"nüntəsis edilməsindən, aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyasına salınmasından, dövlətimizin bu qədim sənətə qayğısından danışdı.
Konsertdə saz və aşıq havacatları ifa edildi.
 
 Sonra konsert iştirakçılarının birgə ifasının sədaları  ilə üç rəngli bayrağımız haqqında şeyirlər söyləndi.
 


 

14 oktyabr 2016-cı il tarixində Lətif Kərimovun anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

14 oktyabr 2016-cı il tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin  təşkilatçılığı ilə tabeliyində olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində xalçaçı rəssam Lətif Kərimovun  anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirdən əvvəl rəssamlıq şöbəsinin şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgisinə nümayiş keçirildi. Daha sonra tədbirin açılışı oldu.
 Tədbirin aparıcısı T.Salamova L. Kərimovun həyat və yaradıcılığı haqqında  geniş məlumat verdi. O qeyd etdi ki, L. Kərimov kitab qrafikasının gözəl nümunələrini yaratmış, zərgərlik əsərlərinin yaradılmasında, parça ornamentikasının işlənməsində, çini qabların tərtibatında, memarlıq ansambıllarının dekorativ tərtibatında da  mühüm rol  oynamışdır.
 
 O, savadlı bir şəxs olaraq,  həm də şair və musiqiçi, miniatür ustası və xəttat, tayı bərabəri olmayan xalça eskizləri yaratmış bir rəssam olmuşdur.
Tədbirin qonaqları xalçaçı rəssam Eldar Mikailzadə və rəssam Arif Hüseynov idi. Onlar da L. Kərimovla bağlı xoş xatirələrini tamaşaçılarla bölüşdülər.
 
Bütün tədbir boyu  ekranda L .Kərimovun həyat  və yaradıcılığını əks etdirən görüntülər nümayiş olundu. Tədbir həmçinin televiziya kanalı tərəfindən işıqlandırıldı.
 

 

04 oktyabr 2016-cı il tarixində Müəllim gününə həsr edilmiş tədbir keçirilmişdi.

04 oktyabr 2016-cı il tarixində 3 saylı Uşaq İncəsənət Məktəbində Müəllim gününə həsr edilmiş tədbir keçirildi. Tədbirin aparıcısı D. Əliyeva ilk öncə  Müəllim gününün yaranma tarixi haqqında geniş məlumat verdi.

O bildirdi ki, bu günün qeyd olunmasında əsas məqsəd müəllimlər üçün  dəstəyin səfərbər edilməsidir.
Müəllim gənc nəslin  mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.
Daha sonra fortepiano və xanəndə sinif şagirdlərin hazırladığı konsert proqramı təqdim olundu.

 

18.09.2016 cı ildə Milli Musiqi Günü ilə əlaqədar konsert təşkil edilmişdi.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 18 sentyabr-Milli Musiqi Günü ilə əlaqədar konsert təşkil etdi.
Konsert 3 nömrəli Uşaq İncəsənət məktəbində kecirildi. Tədbirin aparıcısı nəzəriyyə müəllimi Talıbova Könül Üz. Hacıbəylinin doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər tərəfindən qoyulduğunu qeyd etdi.
 
Ümummilli Liderimizin 1995-ci ildə dahi bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı fərmanla sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Tədbirdə Üz. Hacıbəyli haqqında film nümayiş edildi. 
Məktəbin şagirdləri Üzeyir musiqisindən ibarət konseret proqramı ilə çıxış etdilər.
 
 

15.09.2016 cı ildə "Bilik" günü keçirilmişdi.

Azərbaycan məktəblərində 2004-ci ilə qədər bilik günü 1 sentyabr tarixinə təsadüf edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  21 avqust 2004-cü il tarixli  fərmanı ilə Azərbaycanın bütün  təhsil müəssisələrində dərslərin 15 sentyabr tarixinə keçməsilə əlaqədar Bilik günü də  bu tarixə keçirildi.
 
Bununla əlaqədar 3 nömrəli Uşaq İncəsənət Məktəbində də  sentyabr ayının 15-də  Bilik günü qeyd edildi. Tədbirdə  Dövlət himninin  səslənməsindən  sonra  məktəb direktorun çıxış etdi. Məktəbin  "Cəsurlar"  rəqs kollektivinin çıxışı maraqla qarşılandı. Xanəndə sinifinə yeni qəbul olunmuş şagirdlər də şeyir və mahnılarla çıxış etdilər.
 

10 sentyabr tarixində 2016-2017-ci tədris ilinə hazırlıq üzrə Tədbirlər Planına uyğun olaraq iməcilik keçirilmişdi.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində 10 sentyabr tarixində 2016-2017-ci tədris ilinə hazırlıq üzrə Tədbirlər Planına uyğun olaraq iməcilik keçirildi.

İməcilikdə  məktəbin müəllim  kollektivi sinif otaqlarında. məktəbin həyətyanı sahəsində təmizlik işləri apardılar. Bundan əlavə bir neçə sinifdə təmiz işləri də aparıldı.





27 iyun 2016-cı il tarixində 2015-2016-cı tədris ilinin məzunlarına məktəbi bitirmələri haqqında şəhadətnamələr təqdim edilmişdi.

Bakı şəhər Mədəniyyət  və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət məktəbində 27 iyun 2016-cı  il tarixində 2015-2016-cı tədris ilinin məzunlarına məktəbi bitirmələri haqqında şəhadətnamələr təqdim edilib.
 
Təqdimetmə mərasiminin əvvəlində məktəbin direktoru, tədris işləri üzrə direktor müavini və şöbə müdirləri məzun və  valideynləri təbrik etdilər. Tədris müddətində məzunlar da  müəllimlərinə təşəkkürlərini ifa  etdikləri  musiqilərlə bildirdilər.
 

17.05.2016 ci ildə bəstəkar, pedaqoq , xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

17 may 2016 tarixində 3 nomrəli Usaq İncəsənət Məktəbində bəstəkar, pedaqoq , xormeyster, Azərbaycanın xalq artisti Cahangir Cahangirovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirin məruzəçisi nəzəriyyə şöbəsinin müəllimi M.Qafarova bəstəkarin həyat və yaradıcılığı haqqında,onun məşhur əsərləri haqqında ətraflı məlumat verdi.
 
O, qeyd etdi ki, "Arazın o tayında" vokal-simfonik poeması, "Dostluq haqqında mahnı", "Fizuli", "Nəsimi" kantataları, "Sabir", "Hüseyn Cavid-59", "Böyük Qələbə"oratoriyaları, "Azad". "Xanəndənin  taleyi" adlı operaları bəstəkara xüsusi  şöhret qazandırmışdır.
 
Daha sonra xalq çalgı alətləri və vokal şöbəsi şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı dinlənildi.



18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...