02.02.2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində "2 Fevral
Gənclər günü"nə həsr olunmuş tədbir keçirildi.
Tədbirin aparıcısı
A.Babayeva Ümummilli liderimiz H.Əliyev və onun davamçısı olan
Prezident İlham Əliyevin Azərbaycan Gəncliyinə göstərdikləri qayğıdan,
onların bir fərd kimi yetişməsinə göstərdikləri önəmdən ətraflı bəhs
etdi.
O, Ulu öndərin Azərbaycan Gəncləri haqqında olan nitqindən bəzi
sətirləri yada saldı. "Gənclərimiz milli ruhla tərbiyə olunmalı,
milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Hər bir gənc
vətənpərvər olmalı, vətəni sevməli, vətənə sadiq olmalıdır." Daha sonra
şagirdlərin hazırladığı konsert proqramı nümayiş olundu.
Комментариев нет:
Отправить комментарий