11.02.2017-ci
il tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində böyük bəstəkar, Xalq
artisti,professor,Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvi F. Əmirovun 95 illik yubileyinə həsr olunmuş
tədbir keçirildi.
M.Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında
geniş məlumat verdi. O, öz çıxışında qeyd etdi ki, F.Əmirov zəngin
yaradıcılığı ilə musiqimizin inkişafında yeni mərhələ açmış, musiqimizi
dünya miqyasında tanıtmış, əsərləri ilə dünya musiqi mədəniyyəti
xəzinəsinə daxil olmuşdur.
Daha sonra şagirdlərin hazırladığı konsert
proqramı nümayiş olundu. Şagirdlər bəstəkarın fortepiano üçün "Uşaq
lövhələri", " 12 miniatür" adlı pyeslər, "Sevil" operasından, "Min
bir gecə" baletindən, "Səhər" kinofilmindən nömrələr səsləndirdi.
Комментариев нет:
Отправить комментарий