Bakı
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət
məktəbində 16 may 2017-ci il tarixində "Əziz müəllimlər, bu bizim
Sizə son tövhəmiz" adlı konsert keçirildi.
Konsertdən əvvəl
fortepiano şöbəsinin məktəbdaxili müsabiqəsinin qalibləri
mükafatlandırıldı. Konsertdə 3
nömrəli Uşaq incəsənət məktəbi və Qobustan rayon Təklə kənd Uşaq
musiqi məktəbinin buraxılış sinif şagirdləri iştirak edirdilər.
Bu
iki musiqi məktəbinin birgə konsertləri uzun illərin əməkdaşlığının
nəticəsidir ki, hər il ya Bakıda və ya da Qobustanda şagird və
valideynlər qarşısında nümayiş etdirilir.
Sonda məktəb direktorları
Dəyanət Quliyev və Gülağa Cəbrayılov şagirdləri təbrik edib, qarşıda
gələn imtahanlarda uğurlar arzuladılar və iştirakçılara hədiyyələr
təqdim edildi.
Комментариев нет:
Отправить комментарий