Dilinin
dünyaviliyinə, bəşəri mahiyyətinə görə digər incəsənət növləri
arasında xüsusi yer tutan musiqini özlərinə peşə obyekti seçən
sənətkarlarımızdan olan, yüksək peşə məharəti ilə diqqət mərkəzində
olan , istər sağlığında, istərsə də dünyasını dəyişəndən sonra müntəzəm
olaraq xatırlanan, xalqın iftixarına çevrilən Xalq artisti, bəstəkar
S. Rüstəmovun 110 illik yubileyi Bakı Şəhər Mədəniyyət və Turizm Baş
İdarəsinin 3 nömrəli Uşaq incəsənət məktəbində 18 may tarixində
qeyd olundu.
Tədbirdə bəstəkarın tar ilə orkestr üçün bəstələdiyi
konsert, operettalarından fraqmentlər və mahnıları xalq çalğı alətləri
şöbəsi şagirdlərinin ifasında tamaşaçılara təqdim olundu.
Комментариев нет:
Отправить комментарий