Bakı
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq incəsənət
məktəbi 23 may 2017-ci il tarixində R. Behbudov adına Mahnı Teatrında
"28 May Respublika günü" nə həsr olunmuş hesabat konserti keçirdi.
Konsertdə Bakı
Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi V. Zeynalov və İdarənin
bir sıra əməkdaşı iştirak edirdi.
Konsertin aparıcısı T. Salamova
qonaqları salamladıqdan sonra 28 May Respublika günü haqqında ətraflı məlumat verdi. Daha sonra konsert proqramına keçid alındı.
3
nömrəli Uşaq incəsənət məktəbinin bütün şöbələrinin istedadlı
şagirdləri şərq və qərb musiqisinin fəzadını əks etdirən musiqi
nömrələri ilə çıxış etdilər.
Gənc musiqiçilər Nəfəsli alətlər
orkestri,İnstrumental ansambl, skripkaçılar ansamblı. "Şənlik" rəqs
ansamblı, solo ifalarda isə fortepiano , skripka, vokal, xanəndə,
valtorna, tarda belə nömrələri təqdim etdilər.
İştirakçılar arasında
bir sıra Beynəlxalq və Respublika müsabiqələri laureatları var idi.
Sonda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi V. Zeynalov
bütün iştirakçıları səhnəyə dəvət edərək, onları maraqlı çıxışlarına
görə təbrik etdi, məktəbin direktoru D. Quliyev və onun timsalında
bütün təşkilatçılara öz təşəkkürünü bildirdi.
Комментариев нет:
Отправить комментарий