Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 10 aprel tarixində Xalq artisti, Şöhrət ordenli Hacı Xanməmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirin aparıcısı nəzəriyyə müəllimi A. Axundova bəstəkarın keçdiyi ömür yolu, yaratdığı əsərlər haqqında geniş məlumat verdi.
H. Xanməmmədov görkəmli bəstəkar, dirijor olduğu kimi, eyni zamanda təcrübəli pedaqoq idi. Onun professional musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olmuşdur.
Daha sonra xalq çalğı alətləri şöbəsinin şagirdləri bəstəkarın məşhur mahnılarindan ibarət konsert proqramı ilə çıxış etdilər. Konsertdə bəstəkarın "Yaşa könül", "Yadıma düşdü","Gözünə qurban", "Ceyran" kimi xalq arasında geniş yayılmış mahnıları səsləndirildi.
Комментариев нет:
Отправить комментарий