Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 19 aprel tarixində "Muğamlar və Rənglərin Vəhdəti" adlı musiqili kompozisiya təşkil edilmişdir.
Tədbiri xalq çalğı alətləri şöbəsinin müəllimləri M. İsmayılov və E. Vəliyeva Bəxtiyar Vahabzadənin "Muğam" poemasından :
"Çox kitablar oxudum,zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə anlatdı muğam"
misraları ilə açılış etdilər.
"Çox kitablar oxudum,zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstəcə anlatdı muğam"
misraları ilə açılış etdilər.
Tədbir zamanı gənc rəssamlar üçün xalq çalğı alətləri şöbəsinin şagirdlərinin ifasında "Rast" , "Şahnaz", "Bayatı-Şiraz" , "Segah" muğamlarından, B. Vahabzadənin "Muğam" poemasından parçalar səsləndirildi.
Gənc rəssamlar eşitdikləri ifaların təssuratı ilə düşüncələrini, anladıqlarını kağızda əks etdirirdilər.
Bir incəsənət məktəbi olaraq rəssamlarla ifaçılarımızın bu səpkidə olan "simfonik muğamlar və rənglər", "Qərb bəstəkarlarının musiqiləri və rənglər" adlı silsilə tədbirlər keçiriləcək, sonda çəkilmiş əsərlərdən "Rəssam, Muğamlarımım şəklini gəl çək, Muğamlar gözəldir, sən də gözəl çək" adlı sərgi keçiriləcək.
Tədbirin sonunda şagirdlərin ifasından ruhlanan xanəndə müəllimi Mütəllim Dəmirov "Çahargah" muğamını ifa etdi.
Комментариев нет:
Отправить комментарий