Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbi Suraxanı rayon Heydər Əliyev Mərkəzi ilə birgə 01 may tarixində Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr olunmuş "Mən Azərbaycanlıyam" adlı tədbir keçirdi.
Konsertdə şagirdlərin ifası zamanı H. Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə uşaq və yeniyetmələrlə görüşlərinin video görüntüləri nümayiş edilirdi.
Bu yubiley gücəsində Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi cənab Vüqar Zeynalov və İdarənin işçiləri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rəşad Hacıyev və İcra nümayəndələri, Suraxanı rayon YAP - sədri Vüqar Seidov və heyət üzvləri, musiqi məktəblərinin direktorları, Suraxanı rayon ümumtəhsil məktəblərinin direktorları, Suraxanı rayon Mədəniyyət evləri, klubları və kitabxana müdirləri iştirak edirdilər.
Məktəbin xor kollektivinin ifasında H.Əliyevə ithaf olunmuş "Ey Vətən" və "Mən Azərbaycanlıyam", skripkaçalanlar ansamblın ifasında Milkusun "Don Kixot" baletindən Mersedesin rəqsi, xalq çalğı alətləri ansamblın ifasında V.Adıgözəlovun "Bayram süitası", şagirdlərin ifasında səslənən Q.Qarayevin, A.Məlikovun, H.Vəkilovun,Listin, Şopenin, Debüsinin əsərləri tamaşaçıların tərəfindən çox rəğbətlə qarşılandı.
Tədbirin sonunda cənab Vüqar Zeynalov məktəbin müəllim və şagird kollektivini təbrik etdi və cənab Vüqar Seidovla birlikdə bir neçə şagirdimizə fəxri fərman təqdim etdilər.
Комментариев нет:
Отправить комментарий