2018/04/24

22 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xor sinfinin konserti keçirildi.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 22 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xor sinfinin konserti  keçirildi.

Tədbirin açılışını  nəzəriyyə şöbə müdiri B. Zairova  edərək qeyd etdi ki,   Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı  "Azərbaycan Xalq Cümhuriyyətinin  100 illik yubileyi haqqında"  sərəncamından irəli gələcək bu gözəl gün respublika və beynəlxalq səviyyədə  keçirilməkdədir.

Öz  çıxışında B.Zairova  nəzərə çatdırdı ki, məhz Şərqdə ilk parlamentli Respublika - Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Qədim və zəng dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı müəyyən dövrlərdə tarixin hökmü ilə böyük imperiyaların  tərkibinə qatılmaq məcburiyyətində qalıb.

Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi  nizamının yenidən  qurulduğu bir vaxtda 1918-ci il 28 mayda Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunu kimi meydana  çıxmışdır.

Daha sonra xor sinfi şagirdləri  Azərbaycana və  müstəqilliyimizə  həsr olunmuş konsert proqramı  təqdim etdilər. Konsertdə Ü. Hacıbəyov "Çağırış", "Çırpınırdı Qara dəniz", Z. Bağırov "Mən Azərbaycanlıyam", Q. Qarayev "Xoşbəxtlik" mahnısı kantatadan hissə, "Gənclik"  mahnısı , N. Əlivərdibəyov "Gül  bağçalar", Ciaro "İspan mahnısı" (rəqsi), A. Dadaşov "Əziz Vətən", Motsart "Dona novis", T. Cəbrayılov "Ey Vətən", "El oğlu", R. Hacıyev " Azərbaycan"  adlı   nömrələr səsləndirildi





Комментариев нет:

Отправить комментарий

18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...