2017/04/26

14.05.2016 cı ildə "Multikulturalizm Azərbaycanda Həyat tərzi" adlı tədbir-sərgi keçirimişdi

14 may tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində "Multikulturalizm  Azərbaycanda Həyat tərzi" adlı tədbir-sərgi keçirildi. Bildiyimiz kimi, 2016-cı ili Prezident İlham Əliyev Azərbaycanda "Multikulturalizm ili" elan edib.
 
Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında məlumat verib. 2016-cı ildə Bakıda  bir neçə mötəbər tədbirin  keçiriləcəyini bildirən İlham Əliyev, ölkəmizin tolirantlıq  ənənələrinə,  mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhvələr verdiyini nəzərə alaraq 2016-cı ili  Azərbaycanda "Multikulturalizm ili" elan edib.
  3 nömrəli Uşaq İncəsənət Məktəbində bu mövzuda keçirilən  tədbirin aparıcısı L.Süleymanova "Multikulturalizm"  mövzusunda çox  geniş məlumat verdi. O qeyd etdi ki,"Multikulturalizm"  eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünya görüşü və ona uyğun olan siyasətdir. "Multikulturalizm" mədəniyyətlərin və  sivilizasiyaların dialoqunun zəruri alətidir.
 
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan, tarixən  sahib olduğu tolerantlıq və "Multikulturalizm" ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural  ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda   Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident bildirib ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və  dinlərin kəsişməsində yerləşir: "Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttəki, bu coğrafi  yerləşmə Azərbaycanın mədəni  müxtəlifliyində öz rolunu oynayıb".
 
Tədbir boyunca Azərbaycanda "Multikulturalizm" ənənələrini əks etdirən fotoşəkillər  və videoçarxlar nümayiş etdirildi. Daha sonra şagirdlərin gürcü.,ləzgi, rus və digər xarici  millətlərin musiqilərindən ibarət konsertinə keçid alındı.Sonda rəsm şöbəsi şagirdlərinin "Multikulturalizm" mövzusunda çəkdikləri şəkillərdən ibarət sərgiyə nümayiş keçirildi.
 



13 may 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimləri A. Quliyeva və H. Əliyevanın sinif konsertləri keçirilmişdi

13 may  2016-cı il tarixində  3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsinin müəllimləri A. Quliyeva   və  H. Əliyevanın sinif  konsertləri keçirildi.
 
Konsert proqramında  ixtisas  sinfi şagirdləri ilə yanaşı,  müşayət sinfinin  şagirdləri də  iştirak edirdi. Hər iki müəllim  həm Azərbaycan, həm də xarici  bəstəkarların əsərlərinə müraciət etmişdi.  
 
Konsertdə şagirdlərlə bərabər məktəbin müəllimləri Z. Səlimova  və Ə. Quliyev də səhnəni paylaşdılar.


 

10 may 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində Ümummilli Liderimiz H. Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirilmişdi.

10 may 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində  Ümummilli Liderimiz H. Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş növbəti tədbir keçirildi.
 
Tədbirdə nəzəriyyə müəllimi Təranə Salamova Ulu Öndər H.Əliyevin Azərbaycanın iqtisadi ictimai mədəni və sosial inkişafındakı   tarixi   əhəmiyyəti  haqda ətraflı  danışdı. Məruzəçi çıxışında bildirdi ki, Ümummilli Lider H.Əliyev uzun  illəri əhatə edən rəhbərliyi dövründə  mədəniyyət   sahəsində çalışan  yaradıcı adamlara qayğı və məhəbbət nümayiş etdirmiş, onların yaradıcılığı ilə maraqlanmışdır.
 
İstedadlı uşaqlara dövlət himayəsi nümunəsini də öz əməli işi ilə sübuta yetirmişdir."Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Prezident fərmanı, həmin fərmana uyğun olaraq   Azərbaycanda gənc istedadların "Qızıl Kitabı"nın yaradılması, Prezidentin xüsusi təqaüdünün təsis edilməsi və bu gündə bu ənənənin davamı təhsilimizin sabahına  verilən qiyməti ən  bariz nümunəsidir.
Məruzədən sonra  məktəbin xalq  çalğı alətləri şöbəsi Ulu Öndərin doğum gününün 93-cü ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etdilər.


 

7.05.2016 ci ildə hem 9 May Qələbə gününə həsr olunmuş sərginin açılışı, hem də Ulu Öndərimiz H.Əliyevin doğum gününə həsr olunmuş konsert keçirilmişdi.

7 may tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində 9 May Qələbə gününə həsr olunmuş sərginin açılışı keçirildi.
Sərgini rəsm şöbəsinin müəllimi S.  Dadaşova açaraq, şagirdlərin Böyük Vətən Müharibəsinə və 9 May  Qəıəbə gününə həsr olunmuş işləri barədə ətraflı məlumat verdi.  
 
Sonra məktəbin akt zalında Ulu Öndərimiz  H.Əliyevin doğum gününə  həsr olunmuş silsilə tədbirlərinə start verildi.
Onlardan ilki fortepiano şğbəsinin müəllimi R. Bağırovanın Ümummilli Liderimizin H. Əliyevin doğum gününə həsr etdiyi "Mən  Fəxr Edirəm ki, Mən Azərbaycanlıyam" adlı sinif  konserti  oldu.
 
Tədbir xor kollektivinin ifasında Dövlət Himni ilə açıldı.Daha sonra şagirdlər Ulu Öndərə həsr olunan  şeyirlərlə çıxış etdilər.  Tədbir boyunca Ümummilli Liderimizin keçdiyi ömür yolunu, Azərbaycan xalqının parlaq gələcəyi və rifahı üçün gördüyü işləri əks etdirən fotoları nümayiş etdirdi.
Sonda şagirdlər Azərbaycan Respublikasının Böyük Lideri, Azərbaycan tarixində əbədi yer tutmuş dövlət xadimimiz H.Əliyevin doğum  gününə həsr etdikləri konsert proqramı ilə çıxış etdilər.




3 aprel 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbi Rəşid Behbudov adına Mahnı Teatrında növbəti konsert proqramı ilə çıxış etmişdi.

3 aprel 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbi Rəşid Behbudov adına Mahnı Teatrında növbəti konsert proqramı ilə çıxış etdi.
 
Tədbirin qonaqları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  Elm-Təhsil və Gənclərlə iş üzrə şöbə müdiri  Yaşar Əliyev, o cümlədən Q. Qarayev adına  İncəsənət Mərkəzinin direktoru Əməkdar artist Əziz Qarayusifli, 4 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Səadət Eminova, 34 nömrəli Uşaq  musiqi məktəbinin direktoru Vəfa Həziyeva  idi.
 
Konsert proqramı bütün şöbələr üzrə rəngarəng nömrələrlə zəngin idi.
Tədbirin sonunda 2015-2016-cı tədris ilində keçirilən Beynəlxalq və Respublika müsabiqələrində layigincə məktəbi təmsil edən şagirdlər səhnəyə dəvət olundu və məktəb rəhbərliyi tərəfindən qazandıqları böyük uğurlara görə təbrik edildi.
 



03.05.2016 cı ildə 3 nömrəli Uşaq İncəsənət məktəbinin konserti keçiriləcəkdi

Mayın 3-də saat 15.00-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət məktəbinin konserti keçiriləcək.
 
 

25.04.2016 cı ildə Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşunaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyevlə görüş təşkil olunmuşdu

25 aprel tarixində Azərbaycan Milli Konservatoriyasının prorektoru, sənətşunaslıq üzrə fəlsəfə doktoru, professor Malik Quliyevlə 3 nömrəli Uşaq İncəsənət Məktəbində  görüş təşkil olundu.

 Tədbirin aparıcısı Ü.Hüseynova Malik müəllimin keçdiyi ömür yolu, həyat yaradıcılığı haqqında geniş məlumat verdi. Malik Quliyev keçdiyi sənət yolu ilə bağlı öz  xatirələrini bölüşdü.

Məktəbin xalq çalğı alətləri şöbəsinin şagirdləri gözəl konsert proqramı ilə  çıxış etdilər. Görüşün sonunda rəsm şöbəsinin şagirdlərinin hazırladığı yağlı boya tablo Malik Quliyevə  hədiyyə olundu.




18-22 .04.2016 cı ildə "Kainat" Gənclər Mərkəzinin təşkil etdiyi İslam Dünyası Gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsindəki uğurlarımız

18-22 aprel tarixlərində Bakıda İSESSCO  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Xarici İşlər Nazirliyinin dəstəyi ilə Ü. Hacıbəyli adına  BMA-nın iştirakı ilə  "Kainat"  Gənclər Mərkəzinin təşkil etdiyi İslam Dünyası Gənc klassik musiqi ifaçılarının V Beynəlxalq müsabiqəsində 3 nömrəli Uşaq İncəsənət məktəbinin iki şagirdi, klarnet ixtisası üzrə V sinif şagirdi Abdullayev Toğrul  I yerə,   fortepiano ixtisası üzrə V sinif şagirdi Vəliyeva Fatimə III yerə layiq görülmüşdür.
 

 

19.04.2016 cı ildə D. Şostakoviçin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi.

19 aprel tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində D. Şostakoviçin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirin aparıcısı nəzəriyyə şöbəsinin müəllimi A. Axundova  dahi bəstəkarın həyat və yaradıcılığı, məhşur əsərləri haqqında geniş məlumat verdi.
 
Fortepiano şöbəsinin şagirdləri D. Şostakoviçin əsərlərindən ibarət kiçik konsert  proqramı ilə çıxış etdilər.  Sonda dahi bəstəkar haqqında sənədli film nümayiş etdirildi.


 

07.04.2016 ci ilde Azərbaycan Ordusuna dəstək naminə tədbir keçirilmişdi.

Aprelin 7-də  3 saylı Uşaq İncəsənət Məktəbində  Azərbaycan Ordusuna dəstək  naminə tədbir keçirildi.
 
Tədbir,  Vətən uğrunda şəhid olanların  ruhunu  1dəqiqəlik  sükutla yad etməklə başlandı. Məktəbin müəllimi və YAP ilk  təşkilat sədri Ağayeva Cəmilə məlum hadisələr haqqında geniş çıxış etdi.
 
Ermənilərin Azərbaycana qarşı  əsrlərlə, illərlə davam edən haqsız torpaq iddiasından danışdı. Müəllimlərdən Kazımov V., Hüseynova R. bu mövzuda öz fikirlərini bildirdilər.
 
Sonda rəsm şöbəsi şagirdlərinin Azərbaycan Ordusuna həsr etdiyi şəkillərdən ibarət sərgiyə baxış keçirildi.
 

05.04.2016 cı ilde Fortepiano şöbəsində bütün siniflər üzrə müsabiqə təşkil olunmuşdu.

05 aprel tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının   Təhsil və İnsan resurslarının inkişafı  bəndinə uyğun olaraq gənc istedadların üzə çıxarılması işinin davam etdirilməsi məqsədilə Fortepiano şöbəsində bütün siniflər üzrə müsabiqə təşkil olundu.
 
Müsabiqənin açılışında  məktəbin direktoru D.Quliyev son bir neçə gündə aldığımız qələbə xəbərilərinin sevincini müəllim və iştirakçılarla paylaşaraq hər kəsi təbrik etdi. Daha sonra iştirakçıların   bir birindən maraqlı çıxışları  başladı.
 
Sonda müsabiqənin komissiya sədri və üzvləri şagirdlər arasında  ən yaxşı və  fərqlənənləri  seçib, fəxri fərman və hədiyyələrlə mükafatlandırdı.


 

2017/04/23

28.03.2016 cı ilde Qobustan şəhər İncəsənət məktəbi və Təklə kənd uşaq musiqi məktəbinin qonağı olduq

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət məktəbi 28 mart tarixində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya qərarına uyğun olaraq musiqi məktəblərinin əməkdaşlığı çərçivəsində 6 ildən artıq əməkdaşlıq  etdiyi məktəblərə, Rəşid Behbudov adına Qobustan şəhər İncəsənət məktəbi və Təklə kənd uşaq musiqi məktəbinin qonağı oldu.
 
İlk öncə "Ölkəmizi tanıyaq"  lahiyəsi çərçivəsində Qobustan rayonunun tarixi abidələrini, "Babadağ piri", Türk  şəhidlərinin məzarı, Heydər Əliyev mərkəzi ziyarət edildi. H.Əliyev Parkında  şagirdlərin gəzintisi təşkil olundu.
 
Daha sonra R.Behbudov adına Qobustan şəhər İncəsənət məktəbində, məktəbin müəllim və şagird kollektivi ilə görüş kecirildi. 3 nömrəli Uşaq İncəsənət məktəbinin rəhbərliyi və şöbə müdirləri qarşılıqlı əməkdaşlıq zəminində  aidiyyatı sənədlərə baxış keçirdi.
 
 Sonra məktəbin akt zalında  Beynəlxalq  müsabiqələr laureatı yetişdirmiş məktəbimizin müəllimləri G.Məmmədova və  İ.Cəfərli açıq dərslər göstərdi. Sonda   İ.Cəfərlinin şagirdləri kiçik konsert proqramı ilə çıxış etdi.
 


 

08/03/2016 ci ildə 3 nömrəli Uşaq İncəsənət Məktəbi Bülbülə Mədəniyyət evi ilə birgə "Yel" çərşənbəsini geniş konsert proqramı ilə qeyd etdilər.


Mart ayının 8-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbi   Bülbülə Mədəniyyət evi ilə birgə "Yel"  çərşənbəsini geniş konsert proqramı ilə qeyd etdilər.
 
Konsert uşaqlar üçün tikilmiş idman oyunları stadionunda keçirildi.
Xor kollektivi, skripkaçalanlar, qarmonçalanlar. nağaraçalanlar və xalq çalğı alətləri ansamblları, "Şənlik", "Dilbərim" və "Cəsurlar"  rəqs kollektivləri öz çıxışları ilə tamaşaçılarda o qədər maraq oyatdı ki, qəsəbə sakinləri məktəb və
Mədəniyyət evi rəhbərliyindən açıq havada bu kimi konsertlərin tez-tez təşkil edilməsini xahiş etdilər.
 




 

07.03.2016-cı il tarixində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş "Analarlmlzl təbrik edirik" adlı tədbir keçirildi

07.03.2016-cı il tarixində  3 nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano şöbəsi üzrə birincilərin 8 Mart Beynəlxalq Qadınlar gününə həsr edilmiş "Analarlmlzl təbrik edirik"  adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru Dəyanət Quliyev öz təbrik çıxışı ilə açdı.
O qeyd etdi ki :
Ülvilik,zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı,zəkası,iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər  göstərmişdir.
   
O çıxışını Ümummilli liderimiz H.Əliyevin  8 Mart Beynəlxalq  Qadınlar Bayramı ilə bağlı dediyi sözlərlə bitirdi." Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəlidir. Çünki  qadınlara həsr olunubdur.  Qadınlar cəmiyyətdə   göstədikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar".
   
Daha sonra tədbirin bədii hissəsinə keçid oldu.  Birincilər öz müəllim və valideynlərinin  qarşısında böyük səhnəyə ilk addımlarını ataraq bir-birindən maraqlı ifalar göstərdilər. Tədbirin sonunda şagirdlərin əl işlərindən  ibarət sərgiyə baxış keçirildi.

 

01/03/2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsi K.Çerninin 225-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

01  mart 2016-cı il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano şöbəsi K.Çerninin 225-ci ildönümünə həsr olunmuş tədbir keçirdi.  
 
Tədbirin aparıcısı K. Məlikova K. Çerninin həyat və  yaradıcılığı ilə bağlı məruzə ilə çıxış etdi. O, dahi bəstəkarın həm  gözəl pedaqoq, həm də etüd janrının parlaq klassiki olduğunu bildirdi.
 
 K.Çerninin yaradıcılığının müasir pianoçular üçün texniki zirvələrin  fəthində əvəzolunmaz olduğunu xüsusilə  qeyd etdı.
 
Daha sonra tədbirin bədii hissəsində fortepiano şöbəsinin şagirdləri H.Hermer  redaksiyasından əsər 299 və əsər 740 - dan olan texniki etüdlərlə çıxış etdilər.  



26.02.2016-cı il tarixində Xocalı faciəsinin ildönümü yad edildi

 
26.02.2016-cı il tarixində  3 nömrəli Uşaq İncəsənət Məktəbində  24 il əvvəl  bir gecədə  613 nəfər şəhid, 1275 nəfər əsir,  150  nəfər itkin vermiş Xocalı faciəsinin   ildönümü  yad edildi.

İlk öncə faciə qurbanlarının ruhu  1 dəqiqəlik sükutla  yad edildi. Daha sonra aparıcı Ağayeva Dilarə 24 ildir hər bir azərbaycanlının qanayan yarası olan bu faciə haqqında danışdı.

Faciyəyə  dair kinofilm müəllim və  şagirdlər tərəfindən  izlənildi. Məktəbin şagirdləri faciəni əks etdirən ruhda əsərlər ifa etdilər.

Ədəbi-bədii gecə rəsm sinfi şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri  sərgi ilə yekunlaşdı. Tədbirdən sonra faciyəyə həsr olunmuş  sərgiyə baxış keçirildi.




2017/04/17

05.01.2016-cı il tarixində Çexiya Respublikasının Praqa şəhərində keçirilən IV Beynəlxalq İncəsənət Festivalında QRAN PRİ mükafatına layiq görülmüş fortepiano şöbəsinin VI sinif şagirdi Cavadzadə Şəkərxanım hesabat konserti ilə çıxış etdi.

22 fevral 3 nömrəli Uşaq İncəsənət Məktəbində 05.01.2016-cı il tarixində Çexiya Respublikasının  Praqa şəhərində keçirilən IV Beynəlxalq İncəsənət Festivalında QRAN  PRİ  mükafatına layiq görülmüş fortepiano şöbəsinin VI sinif şagirdi Cavadzadə Şəkərxanım hesabat konserti ilə çıxış etdi.

Konsertin açılışını məktəbin direktoru Dəyanət Quliyev  etdi. O mükafatçı Ş.Cavadzadəni  və  müəllimi İ.Cəfərlini qazandıqları uğura görə təbrik edib, onları fəxri fərman və hədiyyə ilə təbrik etdi.

Çıxışda qeyd olundu ki, Ş.Cavadzadə bu günədək bir çox Respublika müsabiqələrinin, həmçinin Türkiyədə keçirilən "Gənc pianoçuların müsabiqəsi"nin diplomantıdır.

Daha sonra konsertin bədii hissəsinə keçildi.Konsertin proqramı İ.S.Bax, Y.Haydn,F.Mendelson,Q.Qarayev və A.Dadaşov kimi görkəmli bəstəkarların əsərlərindən ibarət idi.


"Ana dilim musiqili dilim" adlı tədbir keçirildi

20 fevral 3 nömrəli Uşaq İncəsənət Məktəbində Bülbülə Mədəniyyət evi ilə birgə "Ana dilim musiqili dilim" adlı tədbir keçirildı. Tədbirdə məktəbin xor kollektivi, rəqs qrupu, fortepiano və xalq çalğı alətləri şöbəsinin şagirdləri çıxış etdilər.

Mövzu ilə bağlı məruzəni nəzəriyyə şöbəsinin müəllimi K.Talıbova hazırlamışdı. Tədbirdə  Ana dilinin - Azərbaycan dilinin yaranması və  formalaşmasına dair  tarixi məlumatlar səsləndirildi. Millətin dilini dövlət statusuna yüksəlməsinə dair  görülən işlərdən danışıldı. Ulu öndər Heydər Əliyevin Ana dilinə verdiyi dəyər və onun inkişafında gördüyü işlər qiymətləndirildi

Xorun ifasında "Adınla ucal" və "Ulu Öndər"  mahnıları səsləndi. Şagirdlər Ana dilinə həsr olunmuş şerlərlə çıxış etdilər. Tədbirin qonağı olan bədii qiraətçi Firuz Kərim oğlu Xəlil Rza UluTürkdən bir şer parçası söylədi.

Şagirdlərin ifasında M.Ə.Sabirin "Oxutmuram əl, çəkin" şeri əsasında səhnəcik də təqdim olundu. Tədbir M.Babayevin ifasında "Oxutmuram əl, çəkin" mahnısının lent yazısı ilə  sonlandı.



 

Gənclər günü qeyd edildi

2 fevral tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Ümumrespublika Gənclər günü qeyd edildi. Bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri  öz bayramlarını böyük fəxarət hissi ilə keçirirlər.

Gənclər günü MDB məkanında və  Şərgi Avropa ölkələri arasında  ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dünyada yalnız 1998-ci il avqustun 8-də 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-i Gənclər günü elan  edilmişdir
.
     Ulu Öndər  Heydər Əliyevin gənclərə böyük qayğısı, 5 dövlət proqramı, Dövlət gənclər siyasəti haqqında fərman və geniş  fəaliyyət proqramını təsdiqi ilə  öz əksini tapmışdır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir.

     Gənclər günü münasibətilə 3 nömrəli Uşaq İncəsənət Məktəbinin də  müəllim və şagird kollektivi biri-birindən maraqlı musiqi nömrələri ilə zəngin konsert proqramı hazırlamışdır.

Aparıcı: Babayeva Aydan Ulu Öndərin və onun müdrik siyasətinin  davamçısı olan cənab İlham Əliyevin Azərbaycan gəncliyinə olan böyük diqqət və qayğılarından danışmış, bunu əks etdirən  kadrlar isə ekranda işıqlanmışdır.

 

20 Yanvar Faciəsinin 26-cı ildönümü keçirilmişdi


20 Yanvar Faciəsinin 26-cı ildönümünü anmaq üçün 3 nömrəli Uşaq İncəsənət məktəbində "20 Yanvar tariximizin silinməz yaddaşı" adlı tədbir keçirildi.

Tədbir şəhidlərimizi bir dəqiqəlik sükutla anması ilə açıldı. Daha sonra aparıcı 20 Yanvar hadisələrinin xalqımızın yaddaşında qanlı faciə kimi həkk olunsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifəsindən olduğunu qeyd etdi. 

Məktəbin bütün şöbələr üzrə şagirdləri bu faciəyə həsr olunmuş əsərlərlə çıxış etdilər .Tədbir boyunca ekranda o dəhşətli gecəyə aid sənədli film nümayiş olunurdu.

Azərbaycan xalqının qürur ünvanına çevrilmiş  20  Yanvar hadisələrindən 26 il ötməsinə baxmayaraq bu faciə  tariximizin yadaşına həkk olub.




18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...