2017/08/28

"Novruz bayramına" həsr edilmiş " Birincilərin Not Bayramı" adlı tədbir keçirilmişdi

17 mart 2017-ci il tarixində  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində  "Novruz bayramına" həsr edilmiş  " Birincilərin Not Bayramı"  adlı tədbir keçirildi.
 
Tədbirdə bütün şöbələr üzrə birincilər ilk səhnələrini   öz rəngarəng  musiqi nömrələrlə bəzədilər. Rəsm şöbəsinin balaca rəssamları öz əl işlərini  nümayiş etdirdi. Sonda məktəbin direktoru bütün birinciləri,o cümlətən də müəllim və valideynləri bu gözəl gün münasibətilə təbrik etdi.
 



Tədris köməkçi fənlər üzrə məktəbdaxili müsabiqə keçirilmişdir

16 mart  tarixində Bakı Şəhər Mədəniyyət  və Turizm  Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində Tədris köməkçi fənlər üzrə   məktəbdaxili  müsabiqə keçirilmişdir.
Müsabiqənin açılışında fortepiano  şöbəsinin şagirdləri münsifləri,müsabiqə iştirakçılarını  və valideynləri  qarşıdan gələn
Novruz bayramı münasibətilə təbrik etdilər. Daha sonra müşayət, ansambl və ümumi  fortepiano fənləri üzrə keçirilən müsabiqədə şagirdlər rəngarəng  proqramlarla münsiflər qarşısında  çıxış edərək məktəb rəhbərliyi tərəfindən təyin edilmiş hədiyyə və fəxri fərmanlar qazanmaq  üçün  yarışmışlar. Mart ayının 17-də qaliblərin konserti və mükafatlandırma mərasimi keçiriləcək.
 



"Səhnədə yalnız oğlanlar" adlı tədbir keçirilmişdi

07 mart 2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində  "8 Mart Beynəlxalq Qadınlar günü"nə həsr olunmuş "Səhnədə yalnız oğlanlar"  adlı  tədbir keçirildi.
 
Tədbirin aparıcısı M.İsmayılov bu bayramın yaranma tarixi haqqında məlumat verdi.
Daha sonra məktəbin oğlan şagirdlərinin hazırladığı  musiqi nömrələri təqdim olundu. Tədbir boyu rəsm şöbəsinin oğlan şagirdləri  bayrama həsr etdikləri rəsm əsərlərini canlı işləyib, nümayiş etdirdilər.
Sonda məktəbin direktoru D.Quliyev bütün xanımları bayram münasibətilə təbrik etdi.
 



28 fevral 2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət Məktəbində bəstəkar Y.Haydının 285 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi

28 fevral 2017-ci il tarixində  3 nömrəli Uşaq  İncəsənət Məktəbində bəstəkar Y.Haydının 285 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirin aparıcısı R.Cavadzadə dahi bəstəkarın həyat və  yaradıcılığı haqqında,  keçdiyi həyat yolu haqqında  məşhur simfoniyaları,sonataları haqqında  geniş məlumat verdi.
 
Daha sonra  fortepiano şöbəsinin şagirdləri bəstəkarın  əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış etdi. Sonda bəstəkarın yaradıcılığını  əks etdirən kinofilmdən hissələr nümayiş olundu.
 
 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi F. Əmirovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi

11.02.2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində böyük bəstəkar, Xalq artisti,professor,Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi F. Əmirovun 95 illik yubileyinə həsr olunmuş  tədbir keçirildi.
 
M.Qafarova bəstəkarın həyat və yaradıcılığı haqqında  geniş məlumat verdi. O, öz çıxışında qeyd etdi ki, F.Əmirov zəngin yaradıcılığı ilə musiqimizin  inkişafında yeni mərhələ açmış, musiqimizi dünya miqyasında tanıtmış, əsərləri ilə dünya musiqi mədəniyyəti xəzinəsinə  daxil olmuşdur.
 
Daha sonra şagirdlərin hazırladığı konsert proqramı nümayiş olundu. Şagirdlər bəstəkarın fortepiano üçün "Uşaq  lövhələri",   " 12 miniatür"  adlı pyeslər, "Sevil"  operasından, "Min bir gecə" baletindən,  "Səhər"  kinofilmindən nömrələr səsləndirdi.
 




 

02.02.2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində "2 Fevral Gənclər günü"nə həsr olunmuş tədbir keçirilmişdi

02.02.2017-ci il tarixində 3 nömrəli Uşaq İncəsənət məktəbində "2 Fevral Gənclər günü"nə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirin aparıcısı A.Babayeva Ümummilli liderimiz H.Əliyev və onun davamçısı  olan Prezident İlham Əliyevin Azərbaycan Gəncliyinə göstərdikləri qayğıdan, onların bir fərd kimi yetişməsinə göstərdikləri önəmdən ətraflı bəhs etdi.
 
O, Ulu öndərin Azərbaycan Gəncləri haqqında olan nitqindən bəzi  sətirləri  yada saldı. "Gənclərimiz milli ruhla tərbiyə olunmalı, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
 
Hər bir gənc vətənpərvər olmalı, vətəni sevməli, vətənə sadiq olmalıdır."  Daha sonra şagirdlərin hazırladığı konsert proqramı nümayiş olundu.
 



2017-cı ilin "İslam həmrəyliyi" ili elan edilməsilə bağlı xoreoqrafiya şöbəsinin "Cəsurlar", "Şənlik " və " Dilbərim" rəqs kollektivlərinin iştirakı ilə tədbir keçirilmişdi

Yanvarın 22-də 3 saylı uşaq incəsənət məktəbində 2017-cı ilin "İslam həmrəyliyi"  ili elan edilməsilə bağlı xoreoqrafiya şöbəsinin "Cəsurlar", "Şənlik " və " Dilbərim"  rəqs kollektivlərinin iştirakı ilə tədbir  keçirildi.
 
Tədbiri şöbənin müdiri Təranə Salamova  açaraq bildirdi ki,  "İslam həmrəyliyi ili"nin  elan edilməsi  İslam dünyasında baş verən proseslərə  nizam gətirmək arzusu ilə bağlıdır.
 
Bir çox İslam dövlətləri - Pakistan,Türkiyə, İran, Qazaxıstan, Özbəkistan Azərbaycana əməli dəstək verirlər və Azərbaycanın mövgeylərini dəstəkləyirlər.
 
Bunlar  onu göstərir ki, İslam həmrəyliyi var. Ona görə də "İslam Həmrəyliyi ili"nin elan olunması digər müsəlman ölkələrinə bir örnəkdir və bunun böyük səmərəsi olacaq" - deyə aparıcı bildirib. Sonra rəqs ansambllarının ifasında türk, kəşmir, özbək   rəqsləri tamaşaçılara təqdim olundu. Bu rəqslərin həm rəqs quruluşu, həm milli  geyimləri böyük maraqla qarşılandı.
 
Sonda məktəbin direktoru Dəyanət Quliyev çıxış edərək bildirdi ki, xoreoqrafiya  şöbəsi məktəbin ən fəal şöbəsindən biridir. Bü günki  tədbirdə çox təqdirə layiqdir. O, rəqs müəllimləri  Abdullayeva Dilbərə, Cəfərli Qiyasa, İbrahimova Laləyə, musiqiçilərə və ansamblın üzvlərinə minnətdarlığını bildirdi və onlara gələcək işlərində uğurlar arzuladı.



 

19 yanvar 2017-ci il tarixində "20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir" adlı məruzə sərgi keçirilmişdi

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  19 yanvar 2017-ci il tarixində  "20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir"  adlı  məruzə sərgi keçirildi.
 
Tədbir ilk olaraq incəsənət şöbəsinin şagirdlərinin 20 Yanvar hadisələrinə həsr olunmuş əsərlərindən ibarət sərginin açılışı ilə başladı.
Şagirdlər o qanlı gecəni öz xəyal dünyaları ilə kağız üzərində əks etdirmişdi.
 
Daha sonra  E.Əhmədova 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr olunmuş məruzə ilə çıxış etdi.  
Çıxışında  qeyd olundu ki, 20 Yanvar Azərbaycan  tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal  yolunun ilk zirvəsi, milli azadlıq  istəyinin oyanış günüdür  və bunu ildə 1 dəfə  məhz bu gün yox, hər zaman  gənc nəslə  aşılamaq  lazımdır.
 
O, bildirdi ki, bu gün məktəbimizdə  keçirilən bütün dərslərin ilk 15 dəqiqəsində  20 Yanvar  faciəsindən  danışılıb.Sonra müəllim  və şagirdlər sərgiyə baxış  keçirdilər.
 
 

14 yanvar 2017-ci il tarixində S. S. Profyevin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  14 yanvar 2017-ci il tarixində  S. S. Profyevin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
 
Tədbirdə nəzəriyyə şöbəsinin müəllimi Səadət Qasımzadə bəstəkarın həyat və yaradıcılığı  haqqında geniş məlumat verdi.
 
Fortepiano şöbəsinin şagirdləri  bəstəkarın "Romeo və Culyetta"  baletindən  "Qızların rəqsi" və "Səhnə"  musiqi nömrələrini və fortepiano üçün yazılmış  pyeslərini ifa etdilər.
 
Tədbir boyunca bəstəkarın həyat fəaliyyətinə həsr olunmuş filmdən  süjetlər nümaiş olundu.  
Tədbirin sonunda məktəbin direktoru fortepiano şöbəsinin müəllimi N.M.Devyatkinanı yubileyi münasibətilə təbrik etdi.
 

29 dekabr 2016-cı il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Yeni ilə həsr olunmuş sərgi və konsert keçirilmişdi

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  29 dekabr 2016-cı il tarixində Dünya Azərbaycanlılarının  Həmrəylik  gününə və   Yeni ilə həsr olunmuş  sərgi və konsert keçirildi.
 
Direktor  bütün müəllim  kollektivini qarşıdan gələn bayramlar münasibətilə o cümlədən rəsm müəllimi  Nizami İsrafilovu 60 illik  yubileyi münasibətilə təbrik etdi.  
 
Konsert   müəllimlərdən ibarət xor nömrəsi ilə  başlandı. Daha sonra konsertdə bu il məktəbə yeni təyin olunmuş gənc müəllimlər  Cəfərli Nilufər, Nadirov Elşən və Qarayusifli Nigar  və digər  müəllimlər  öz bacarıq və istedadlarını  nümayiş etdirdilər.
 
Konsert  proqramı bir-birindən gözəl nömrələrlə zəngin idi.
 



19 dekabr 2016-cı il tarixində Xalq artisti, şöhrət ordenli professor Ağaverdi Paşayevlə görüş keçirilmişdi

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin  3 nömrəli Uşaq İncəsənət Məktəbində 19 dekabr 2016-cı il tarixində Xalq artisti, şöhrət ordenli professor Ağaverdi Paşayevlə görüş keçirildi.
 
Görüşün aparıcısı nəzəriyyə müəllimi Təranə Salamova professorun həyat yaradıcılığından danışdı. Şagird və müəllimlərin suallarına Ağaverdi müəllim  tərəfindən çox maraqlı və ətraflı  cavablandırıldı.
 
Tədbir boyu xalq çalğı alətləri şöbəsinin şagirdləri rəngarəng proqramla konsert nümayiş etdilər. Tədbirdə Əməkdar Mədəniyyət İşçisi Faiq Əliyev və məktəbin direktoru Əməkdar müəllim Dəyanət  Quliyev Ağaverdi Paşayev haqqında,onunla oxuduqları tələbəlik dövründən xatirələrlə çıxış etdilər. 
 

8 dekabr 2016-cı il tarixində bəstəkar Zakir Bağırovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdi

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  8 dekabr 2016-cı il tarixində bəstəkar Zakir Bağırovun anadan olmasının 100 illik  yubileyinə həsr olunmuş tədbir keçirildi.  
 
Tədbirdə nəzəriyyə  şöbəsinin müəllimi  Ü. Hüseynova  bəstəkarın  həyat və  yaradıcılığı haqqında geniş məlumat verdi.Bəstəkarın vokal janrındakı  əsərlərindən, musiqili  komediyalarından, uşaqlar üçün yazdığı əsərlərlərdən , fortepiano və skripka üçün məcmuələrindən ifalar şagirdlər tərəfindən təqdim  olundu.
 
Tədbirdə eyni zamanda  bəstəkarın pedaqoji fəaliyyətindən söz açıldı. Tədbir boyu  bəstəkarın həyat və yaradıcılığından bəhs edən filmdən parçalar nümayiş etdirildi.
 
 

 

Ümummilli liderimiz, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anım günü keçirilmişdi

Bakı  şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 nömrəli Uşaq İncəsənət Məktəbində  12 dekabr 2016-cı il tarixində Ümummilli liderimiz, Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin  anım günü keçirildi.
 
Anım mərasimi ilk olaraq ulu öndərin əziz xatirəsi dərin hörmət  və ehtiramla  bir dəqiqəlik sükutla yad  edilərək başlandı.
 
Nəzəriyyə şöbəsinin müəllimi T. Salamova Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət H.Əliyevin həyat və fəaliyyəti,onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış etdi.
 
O qeyd etdi ki, Müstəqil Azərbaycanın qurucusu H. Əliyev şərəfli həyat və  fəaliyyəti ilə  tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış. qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.
 
Tədbir boyu H. Əliyevin  həyat və  fəaliyyətindən  bəhs edən filmdən parçalar nümayiş etdirildi.



"Bakı Payızı" müsabiqəsində yeni uğurlarımız

"Bakı Payızı" müsabiqəsində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan 3 saylı Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri yeni uğurlar qazandılar.
 
Beləki,V sinif şagirdi Əliyev İntiqam baritonda gözəl ifasına görə I yerə layiq görülmüş,fortepiano ixtisası üzrə III sinif şagirdi Yusubova Şəhla I yerə .VI sinif şagirdi Vəliyeva Fatimə diplomla mükafatlanmışlar.
 
Məktəbimizə yeni təyin olunmuş vokal müəllimi Qarayusifli Nigar QRAN PRİ mükafatını qazanmışdır.
Eyni zamanda şəhərimizdə keçirilən "harmoniya" musiqi festivalında da məktəbimizin müəllimləri Cəfərli Nilufər və Qarayusifli Nigar. şagirdlərimiz Əliyev İntiqam .Yusubova Şəhla .Vəliyeva Fatimə müxtəlif nominasiyalar üzrə diplomlarla mükafatlanmışlar.
 



18 oktyabr Azərbaycan Dövlət Müstəqilliyi Günüdür.

Müstəqillik Günü ilə əlaqədar Bakı şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan  3 nömrəli Uşaq İncəsənət Məktəbində "Azad A...