Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 22 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xor sinfinin konserti keçirildi.
Tədbirin açılışını nəzəriyyə şöbə müdiri B. Zairova edərək qeyd etdi ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamından irəli gələcək bu gözəl gün respublika və beynəlxalq səviyyədə keçirilməkdədir.
Öz çıxışında B.Zairova nəzərə çatdırdı ki, məhz Şərqdə ilk parlamentli Respublika - Azərbaycan Xalq Cümhuriyyəti olmuşdur. Qədim və zəng dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı müəyyən dövrlərdə tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalıb.
Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda 1918-ci il 28 mayda Azərbaycanın yaşadığı parlaq mədəni yüksəlişin məntiqi yekunu kimi meydana çıxmışdır.
Daha sonra xor sinfi şagirdləri Azərbaycana və müstəqilliyimizə həsr olunmuş konsert proqramı təqdim etdilər. Konsertdə Ü. Hacıbəyov "Çağırış", "Çırpınırdı Qara dəniz", Z. Bağırov "Mən Azərbaycanlıyam", Q. Qarayev "Xoşbəxtlik" mahnısı kantatadan hissə, "Gənclik" mahnısı , N. Əlivərdibəyov "Gül bağçalar", Ciaro "İspan mahnısı" (rəqsi), A. Dadaşov "Əziz Vətən", Motsart "Dona novis", T. Cəbrayılov "Ey Vətən", "El oğlu", R. Hacıyev " Azərbaycan" adlı nömrələr səsləndirildi