Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 3 nömrəli Uşaq İncəsənət Məktəbində 26 may tarixində Ümumi fənlər üzrə şöbə " 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş konsert keçirilmişdi.
Konsertin aparıcıları qeyd etdilər ki, bütün demokratik dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da bütünliklə insan haqlarının qorunmasına xüsusi önəm verilir və uşaqların müdafiəsinə qoşulmaq hamılıqla hər kəsin borcudur.
Sonra söz iştirakçılara verildi. Şagirdlər rəngarəng proqramla çıxış etdilər. Konsertdə T.Quliyevin " Görüş" kinofilminə bəstələdiyi "Vals", A. Rzayevin "Düşüncə", S. Ələsgərovun "Rahatsızlıq "kimi əsərləri ifa olundu.
Tədbirə "Dilbərim" rəqs qrupu özbək rəqsi ilə rəng qatdı. Daha sonra Ulu Öndər H. Əliyevin körpələrə təbrik video lentinə baxıldı.
Son olaraq məktəbin direktoru uşaqları bu gözəl bayram münasibətilə təbrik etdi.